XƏBƏR LENTİ

02 İyul 2020
01 İyul 2020

Digər Xəbərlər

18 Noyabr 2019 - 21:40

Ukraynada məktəb bağlandı –Koksaki virusu

Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb.

Trend-in məlumatına görə, məktəbdə yoluxanların sayı barədə bildirilməsə də, şagirdlərin 30 faizdən çoxunda xəstəlik aşkarlandığı təqdirdə karantin tətbiq olunur.

Hazırda şagirdlər həkim müayinəsindən keçirilir.

Qeyd edək ki, Koksaki virusu səpki ilə müşayiət olunan kəskin respirator xəstəlikdir və bu virusa yoluxma sürətlə baş verir.