XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 10:12

Rəsmi Tehran:"Pompeo ABŞ-dakı acların dərdini çəksin"

“ABŞ İranın halına yanacaq mövqedə deyil. Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi  deyib.

O bildirib ki, “cənab Pompeoya yapışmayan yeganə şey İran xalqına dəstək verməsidir”: “İran xalqı ağıllı və dərrakəli xalqdır. Müxtəlif problemləri geridə qoyub, bu xalq bu mərhələni də keçəcək və öz problemlərini özü həll edəcək”.

Musəvi deyib ki, ABŞ dövləti İran xalqına ürək yandıracaq mövqedə deyil: “Onlar əgər çox narahatdırlarsa, Birləşmiş Ştatların müxtəlif bölgələrində ac olan onlarla milyon insanın, yoxsul və bomjların dərdini çəksin”.

APA