XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 10:34

Zurabişvili ilə İvanişvilinin reytinqi kəskin düşüb –Hesabat 

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə Prezidenti Salome Zurabişvili qazanıb.

Bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.

Belə ki, rəyi soruşulanların 70%-i dövlət başçısının fəaliyyətini mənfi, yalnız 23%-i isə müsbət qiymətləndirib.

Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Onun işini respondetlərin 66%-i mənfi, 4%-i isə müsbət qiymətləndirib.

Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili tutub. Sorğuda iştirak edənlərin 57%-i partiya liderinin fəaliyyətini mənfi, 32%-i isə müsbət kimi dəyərləndirib.

Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. O, 57% müsbət, 36% mənfi rəy alıb. Tbilisi meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir. Rəyi soruşulanların 49%-i onun fəaliyyətini müsbət, 42%-i isə mənfi qiymətləndirib.

Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib/Report.