XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 10:56

“Utanc” hərəkatının lideri:"Tbilisidə etiraz aksiyası davam edəcək"

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bu gün davam etdiriləcək. 

Bu barədə aksiyanın təşkilatçılarından olan “Utanc” hərəkatının lideri Şota Diqmelaşvili bildirib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da parlament binası qarşısında aksiya davam etdiriləcək.

Saat 10.00-da isə Tbilisi Şəhər Məhkəməsi qarşısında ötən gün aksiyanın dağıdılması zamanı saxlanılanlara dəstək məqsədi ilə aksiya planlaşdırılıb.

Qeyd edək ki, ötən gün Tbilisidə parlament binasının ətrafında keçirilən etiraz aksiyasını polis güc tətbiq edərək dağıdıb. Bu zaman 37 nəfər saxlanılıb, 2-si polis olmaqla 6 nəfər xəsarət alıb/APA.