XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 11:15

İsrail 1 milyard dollar verir, türklər “yox” deyir

İsrail'den davayı sonlandırmak için yeni teklif

Strateq.az Türkiyə mətbuatına isnadən xəbər verir ki, İsrail “Mavi Marmara” zərərçəkənlərinə 1 milyard dollar pul vermək istəyir. Onun pul kisəsinin ağzını belə geniş açmasının səbəbi, təbii ki, türk sevsindən irəli gəlmir.

Xatırladaq ki, 2010-cu ildə Türkiyədən Fələstinə yardım aparan “Mavi Marmara” gəmisi Aralıq dənizində İsrail əsgərlərinin hücumuna məruz qalmış, 9 xeyriyyəçi türk vətəndaşı qətlə yetirilmişdir. Bununla da onsuz da xeyli soyuq olan Türkiyə İsrail münasibətləri daha çox gərginləşmişdi.

İsraildən üzr tələb edən Türkiyə həmçinin zərərçəkmiş vətəndaşlara kompensasiya ödənilməsini və hücumda yer alan yəhudi hərbçilərin cəzalandırılmasını tələb etmişdi. Uzun mübahisələrdən sonra üzr təklifini qəbul edən İsrail digər məsələlərdə isə Türkiyəylə razılığa gəlməmişdi.

Problemi beynəlxalq məhkəməyə çıxaran rəsmi Ankaranın bu səyləri, deyəsən, nəticə verməyə başlayıb. Məlumatlara görə, İsrailin istəyiylə Türkiyədə yaşayan yəhudi mənşəli bir iş adamı hadisədə zərərçəkmiş ailələrin vəkili ilə görüşüb və onlara İsrail hökumətinin istəklərini çatdırıb. Türk tərəfi isə bu təkliflə razılaşmaq istəmir. çünki İsrail bu pulu zərərçəkən ailələrə yardım adıyla vermək niyyətindədir. Zərərçəkmişlərin təmsilçisi kimi çıxış edən İHH xeyriyyə təşkilatı isə veriləcək pulu yardım deyil, kompensasiya adıyla almağa çalışır. üstəlik, digər tələblərin-hadisədə iştirak edən hərbçilərin də cinayət məsuliyyətinə cəlb olunması və Fələstinə qarşı embarqonun ləvğinin həyata keçirilməsini istəyir.

öz hərbçilərinin cəzalandırıması fikrinə müsbət yanaşmayan və embarqonu müxtəlif bəhanələrlə sürdürməyə çalışan İsrail qeyr-rəsmi “diplomatlarıyla” zərərçəkmişlərin, necə deyərlər, “saqqızı oğurlamağa” səy göstərir. Məlumatlara görə, zərərçəkmişlərin vəkillərin onlara verdiy cavab xeyli konkret olub:-“Mavi Mərmərə məsələsində hər hansı sövdələşməyə gedilməyəcək.”