XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 22:53

Gürcüstan müxalifəti yeni fəaliyyət planı hazırlayıb- Açıqlama

Gürcüstan müxalifəti etiraz aksiyaları ilə bağlı yeni fəaliyyət planını hazırlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu “Avropalı Gürcüstan” Partiyasının lideri Qiqa Bokeria deyib.

Onun sözlərinə görə, fəaliyyət planında nəzərdə tutulan məqamlar bu gün axşam 19:00-da müxalifətin parlament binası qarşısında keçiriləcək mitinqi zamanı açıqlanacaq. Etiraz aksiyalarının əsas məqsədinin hakim partiyanı “hər yerdə və daim narahatlıq içində saxlamaq” olduğu bildirilib.

Fəaliyyət planının “Siz hələ də bloklanacaqsınız” adlandırıldığı bildirilib.