XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

20 Noyabr 2019 - 09:40

“ABŞ Səudiyyə Ərəbistanında öz hərbçilərinin sayını artıracaq” –Tramp

ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək.

Bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: “Səudiyyə Ərəbistanında əlavə qüvvələr yerləşdirmək barədə qərar verilib. Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın həftələrdə bu ölkəyə göndəriləcək. Bununlada, ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı təxminən 3 min nəfər təşkil edəcək”. /Trend