XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2019 - 10:32

Meksikada güclü zəlzələ:6,3 bal gücündə təkanlar qeydə alınıb

Meksikada güclü zəlzələ baş verib. 6,3 bal gücündə təkanlar Çayaps ştatında qeydə alınıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 04.27-də Puerto-Madero yaşayış məntəqəsindən 110 kilometr aralıda baş verib. Təkanlar yerin 60 kilometr dərinliyində qeydə alınıb. Meksika Seysmoloji Xidməti güclü zəlzələnin Tabasko, Qvatemalanın San-Markos bələdiyyəsi ərazisində də hiss edildiyini bildirib.

İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur. /Trend