XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

20 Noyabr 2019 - 14:34

Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib –13 hərbçi həlak olub

Əfqanıstanda “Taliban” hərəkatının döyüşçüləri hərbi bazaya hücum ediblər, nəticədə 13 nəfər hərbçi öldürülüb.

Bu barədə “Tolo News” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Əfqanıstanın şimal şərqində, Kunduz vilayətində baş verib.

Hadisə nəticəsində 13 hərbçi öldürülüb, 5 nəfər yaralanıb/APA.