XƏBƏR LENTİ

09 Dekabr 2019
08 Dekabr 2019

Digər Xəbərlər

20 Noyabr 2019 - 16:46

Avropa İttifaqı Ukraynaya 15 milyard avro verib- Beş ildə

Avropa İttifaqı 2014-cü ildən başlayaraq Ukraynaya ümumilikdə 15 milyard avro təqdim edib.

Bu barədə Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas deyib.

“Avropa İttifaqı 2014-cü ildən islahatlara dəstək üçün 15 milyard avro həcmində qrant və istiqraz vəsaitləri səfərbər edib. Bu, misli görünməmiş dəstək paketidir”, – deyə səfir Ukrayna hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, maliyyə dəstəyi nəqliyyat, energetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, hava nəqliyyatı sektorları da daxil olmaqla, praktiki olaraq iqtisadın bütün sahələrinə şamil edilib.

Bir qədər əvvəl Ukraynanın Maliyyə naziri Oksana Markarova cari ilin sonlarına qədər Avropa İttifaqından növbəti kredit tranşı almaq imkanlarının olduğunu deyib(azərtac).