XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2019 - 19:43

Yerevanda etiraz aksiyası keçirilir:"Sorosun nümayəndəliyi bağlansın"

Yerevanda Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında “VETO” erməni ictimai-siyasi hərəkatının 50-dək üzvü toplaşaraq həmin təşkilatın Ermənistanda bağlanmasını tələb edirlər.

TASS xəbər verir ki, etiraz aksiyası yerli portallar tərəfindən canlı yayımlanıb.

“Bu təşkilatın fəaliyyəti nəticəsində ölkəmizin milli təhlükəsizliyinə ziyan vurulduğunu dəfələrlə bildirmişik. Bu ofisdən ölkəmizə qarşı işləyənlərə maliyyə ayrılır, pozğunluğa rəvac verilir. Bizim qanunlar ölkəmizin təhlükəsizliyinə xələl gətirən hər hansı təşkilatın fəaliyyətinə yol vermir”, – deyən “VETO” hərəkatının rəhbəri Narek Malyan bir qrup hüquqşünası cəlb edərək Sorosa bağlı təşkilatın qadağan olunması barədə məhkəmə iddiası qaldıracaqlarını bildirib/Report.