Fələstin rəhbərliyi ABŞ-ın dövlət katibi Mayk Pompeo barəsində Beynəlxalq Cinayət Məhkəməsinə iddia vermək niyyətindədir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib ki, buna səbəb Pompeonun yəhudilərin məskunlaşdığı İordan çayının Qərb sahili ilə bağlı açıqlaması olub.
“Fələstin rəhbərliyi yaxın günlərdə Beynəlxalq Cinayət Məhkəməsinə şəxsən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bağlı iddia verəcək”, – əl-Maliki söyləyib/APA.