XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2019 - 11:22

Əfqan politoloq Rusiya səfirliyi yaxınlığında öldürülüb- Daxili İşlər Nazirliyindən açıqlama

Əfqanıstanlı politoloq Vahid Mojdah Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib.

“Gecə saat 5 radələrində politoloq Vahid Mojdah Kabildəki Rusiya səfirliyi yaxınlığında öldürüldü. Polis araşdırma aparır”, – agentliyin mənbəyi bildirib.

“Tolo News” telekanalının məlumatına görə, siyasətçi yaxınlıqdan motosikletlə keçən iki naməlum şəxs tərəfindən güllələnib.