XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 15:24

FTX rusiyalı hərbçini saxlayıb- Ukraynaya casusluqda şübhəli bilinir

Noyabrın 20-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov regionunda Ukrayna üçün casusluqda şübhəli bilinən hərbçini saxlayıb.

Rusiya vətəndaşına dövlətə xəyanət ittihamı irəli sürülüb və təqsiri sübuta yetirilərsə, 12 ildən 20 ilədək həbsə məhkum edilə bilər.

FTX-nin məlumatına görə, şübhəli Ukrayna hərbi kəşfiyyatı üçün “tapşırıqlar yerinə yetirib”, bu zaman “bilərəkdən Rusiya Silahlı Qüvvələrinə aid hərbi xarakterli gizli informasiya yığıb”.

Ukraynanın Müdafiə Nazirliyi bu məsələni şərh etməyib.

FTX-nin yaydığı 26 saniyəlik videoda şübhəlinin Aksay şəhərində evində həbs olunduğu görünür.

Rusiyada mənzillənən Münaqişə Kəşfiyyat Komandası şübhəlinin 1991-ci il təvəllüdlü Ruslan Artikov olduğunu müəyyənləşdirib. (azadliq.org)