XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 18:02

Kissincer ABŞ-Çin ticarət savaşı haqda:"I Dünya müharibəsinin nəticələrindən daha radikal şəkil ala bilər"

ABŞ və Çin arasında ticarət münaqişəsi neqativ ssenari halında Birinci Dünya müharibəsinin nəticələrindən daha radikal şəkil ala bilər.

Bu barədə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer deyib.

“Çin və ABŞ arasında birgə məqsədlərin müzakirəsi və münaqişənin təsirini məhdudlaşdırmaq cəhdləri mənə prinsipial vacib məsələ kimi görünür. Əgər münaqişə nəzarətdən çıxsa, nəticələr Avropadan da ağır olacaq. Birinci Dünya müharibəsi öhdəsindən gəlinməyən əhəmiyyətsiz böhran səbəbindən baş verib”, – deyə Kissincer “Bloomberg L.P.” kompaniyasının Pekində keçirilən iqtisadi forumda bildirib.

Onun fikrincə, vəziyyəti nizamlamaq gec deyil, Çin və ABŞ hələ “soyuq müharibə” astanasındadır. Kissincer, eyni zamanda, Pekin və Vaşinqton arasında ticarət danışıqlarının ölkələr arasında siyasi müzakirələrin başlanğıcı olacağına inandığını vurğulayıb.

Bir qədər əvvəl Qazaxıstanın “Astana Klub” siyasi forumunun ekspertləri Pekin və Vaşinqton arasında ticarət münaqişəsini 2020-ci ildə Avrasiya üçün ən ciddi risklər siyahısına daxil edib.

Xatırladaq ki, Henri Kissincer 1969-1975-ci illərdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri postunu tutub, 1973-1977-ci illərdə isə Dövlət Departamentinə rəhbərlik edib(azərtac).