XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2019 - 09:00

“Serbiya nə NATO-ya, nə də KTMT-ya qoşulmayacaq” –Aleksandar Vuçiç

Serbiya hərbi neytrallıq siyasətinə sadiq qalacaq və nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayacaq.

“TASS” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında deyib.

“Rusiyaya münasibətdə siyasətimizi dəyişməyəcəyik, qardaş münasibətlərimizdə qalacağıq.

Lakin nə NATO-ya, nə də KTMT-ya qoşulmayacağıq. Baş verənlər ( “casus qalmaqalı” Rusiyanın Serbiyadakı hərbi attaşesinin nümayəndəsi ilə əlaqəli hadisə) bizim hərbi neytrallıq və müstəqillik mövqelərimizi daha da gücləndirdi”. (Report)