XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2019 - 11:52

Almaniyanın avtomobil istehsalçıları 100 milyon avro cərimələnib –Səbəb

Almaniyanın rəqabətin qorunması üzrə dövlət qurumu ölkənin 3 aparıcı avtomobil istehsalçısını kartel sövdələşməsinə getməkdə təqsirli bilərək onları ümumilikdə 100 milyon avro cərimə edib.

Söhbət BMW, “Daimler” və “Volkswagen” şirkətlərindən gedir.

İstehsalçıların 2004-2013-cü illərdə polad alışı ilə bağlı qanun pozuntularına yol verdiyi bildirilir. Son nəticədə BMW 28 milyon avro, “Daimler” 23,5 milyon avro, “Volkswagen” isə 48,5 milyon avro cərimə ödəməli olacaq. (report)