XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 14:40

Münhendə Lavrovla Kerrinin görüşü başlanıb – [color=red]FOTO

kerri lavrov munhen.jpg

Münhendə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşü başlayıb.

Apa.az-ın ria.ru-ya istinadən verdiyi məlumata görə, görüş Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası çərçivəsində baş tutub.

Görüşdən öncə C.Kerri bildirib ki, Suriyada atəşkəsin elan olunması və humanitar yardımın təmin edilməsi münaqişə ilə bağlı digər məsələlərin həlli üçün əsas şərt olmalıdır. O həmçinin Suriyada baş verənlərlə bağlı ciddi müzakirələrin olacağını əlavə edib.

S.Lavrov isə bildirib ki, Rusiya Suriyada sülhün əldə olunması ilə bağlı öz təklifini verib. Nazirin sözlərinə görə, Moskva təklifi Suriyaya Beynəlxalq Dəstək Qrupuna təqdim etməzdən öncə ABŞ-ın reaksiyasını gözləyir.