XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 18:06

“Gürcüstanda sabitliyin pozulmasına imkan verilməyəcək” –Parlament sədri

“Gürcüstanda sabitliyin pozulmasına və qarşıdurma yaradılmasına imkan verilməyəcək. Özbaşınalığın qarşısı alınacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, parlament fəaliyyətini davam etdirir və gündəlikdə önəmli məsələlər var.

Parlamentin sədri proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə yetərli səs toplamamasından təəssüf hissi keçirdiyini vurğulayıb. Bildirib ki, Gürcüstanda proporsional seçki sistemi 2024-cü ildə qüvvəyə minəcək və bu, ölkə Konstitusiyasında əks olunub.

Qeyd edək ki, Gürcüstanın müxalifətdə olan partiyaları və ictimai fəallar hakim “Gürcü Arzusu – demokratik Gürcüstan” Partiyasından olan majoritar deputatların ofislərini qıfıllamağa başlayıblar.

Müxalifət qüvvələri bəzi deputatların ofislərinin qapılarından qıfıl asmağa müvəffəq olublar. Bir neçə deputatın ofisinin qarşısında müxalifət və polis arasında qarşıdurma baş verib.