XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 10:32

ABŞ İranı cəzalandırmağa davam edir- Daha bir ölkə rəsmisinə sanksiya tətbiq olundu

ABŞ hökuməti İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib və buraya ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromini əlavə edib.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat açıqlamasında qeyd olunduğu kimi, məhdudlaşdırıcı tədbirlər Vaşinqton tərəfindən “İran rejiminin internetin geniş yayılmış senzurasında” Cahrominin iştirak etməsini düşünməsi ilə əlaqədar olaraq tətbiq edilib.