XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 17:41

G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib- Yaponiyada+FOTO

Noyabrın 22-də Yaponiyanın Naqoya şəhərində G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib.

Görüşdə “Böyük iyirmiliyin” xarici siyasət idarələrinin rəhbərləri dünya ticarətinin vəziyyəti, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, həmçinin Afrika ölkələrinin inkişafı məsələlərini müzakirə ediblər. Gündəliyə daxil edilən məsələlər sırasında Dünya Ticarət Təşkilatında (DTT) islahatlar və rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi məsələləri də yer alıb.

Naqoya görüşündə G20-yə daxil olan ölkələrlə yanaşı, Vyetnam, Misir, İspaniya, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur, Tailand və Çilinin Xarici İşlər nazirləri də iştirak ediblər.

Görüşün ilk sessiyası zamanı Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi gələn il imzalanması planlaşdırılan Hərtərəfli Regional İqtisadi Tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Yapon nazir əlavə edib ki, G20 ölkələri nazirlərinin yekdil qərarına əsasən DTT-də islahatların aparılması zəruridir. Qeyd edib ki, DTT dünya ticarətinin təminatı üçün ən lazımlı strukturdur.

Bununla yanaşı, nazir rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi üçün müvafiq sistemin yaradılmasının zəruriliyini də qeyd edib.

Görüşün yekunu ərəfəsində G20-yə sədrliyin Yaponiyadan Səudiyyə Ərəbistanına ötürülməsinə həsr edilmiş mərasim keçirilib. Növbəti sammitin gələn noyabrında Ər-Riyadda keçiriləcəyi bildirilir.