ABŞ-ın vitse-prezidenti Mayk Pens noyabrın 23-də İraqa elan olunmamış səfər edib.
Azərtac France-Presse agentliyinə istinadla xəbər verir ki, Mayk Pens burada Bağdaddan qərbdə yerləşən Ayn-əl-Əsəd hərbi hava qüvvələri bazasındakı ABŞ qoşunlarını ziyarət edəcək. Onun, həmçinin İraq hökumətinin rəhbəri ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, 2018-ci il dekabrın 26-da Prezident Donald Tramp İraqa elan olunmamış səfər edərək ABŞ hərbçiləri ilə görmüşdü. O, çıxışı zamanı qoşunları İraqdan çıxarmaq niyyətində olmadığını bildirmişdi.