XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 11:30

Dünyanın hansı şəhərində yaşamaq xoşdur?

Bakı 197-ci yerdədir

Картинки по запросу mercer consulting group

Amerikanın Mercer konsaltinq şirkətinin tərtib etdiyi dünya şəhərlərindəki həyatın səviyyəsi reytinqində Bakı 197-ci yeri tutub.

Strateq-az xarici KİV-ə isnadən bildirir ki, Mercer-in siyahısı dünyanın 230 şəhərinin 39 kriteriya üzrə müqayisəli araşdırılması nəticəsində hazırlanıb. Bu kriteriyalar cinayətkarlığın səviyyəsi, siyasi sabitlik, tibbi yardımın keyfiyyəti, bank xidməti, nəqliyyat sisteminin rahatlığı, kafe və restoranların, istirahət yerlərinin olması və digər amilləri ehtiva edir.

Gürcüstan paytaxtı bu siyahıda Bakıdan irəlidədir – 194-cü yer.

Birinci yerdə Vena durur, ardınca Sürix və Okland (Yeni Zelandiya) gəlir.