Hazırda Suriyanın şimalında, Fərat çayının şərqində 500-dək amerikalı hərbçi yerləşib.
“Reuters” xəbər verir ki, bu barədə “Manama Dialogue” təhlükəsizlik sammitində jurnalistlərə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib.
O, hərbçilərdən yaxın günlərdə İŞİD-ə qarşı davam etdiriləcək əməliyyatlarda istifadə ediləcəyini qeyd edib.
Xatırladaq ki, noyabrın ortalarında Pentaqon rəhbəri Mark Esper bir-iki həftəyə Suriyanın şimalındakı hərbi qüvvələrini çıxaracaqlarını bildirib. Halbuki noyabrın 10-da ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Suriya ərazisində 500-600 nəfərlik hərbi qüvvə saxlamaq niyyətində olduqlarını açıqlayıb/Report.