XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 09:40

“Dəməşqin neft yataqlarını İŞİD-dən qorumağa hazır deyilik” –ABŞ rəsmisi

“ABŞ hesab edir ki, rəsmi Dəməşq Fərat çayı yaxınlığındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır deyil”.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen Kanadanın Halifaks şəhərində keçirilən təhlükəsizlik məsələlərinə həsr edilmiş forumda çıxışı zamanı bildirib.

O’Brayen fikrini belə izah edib: “Sonuncu dəfə Suriyanın hökumət qoşunları sözügedən yataqları ələ keşirdikdən sonra özündə saxlaya bilmədi. Təxminən 15 dəqiqə sonra yenidən bu yataqlara İŞİD sahibləndi”. /APA