XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 09:50

Norveç səfiri Pakistan XİN-ə çağırıldı –Quranla bağlı qalmaqala görə

Kristiansann şəhərində “Norveçin İslamlaşdırılmasını dayandıraq” təşkilatının üzvləri tərəfindən Quranın təhqir edilməsi hadisəsinə görə bu ölkənin İslamabaddakı səfiri Kell-Qennar Eriksen Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Pakistan xalqının və hökumətinin dərin narahatlığını ifadə etmək üçün Norveç səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”, – Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Vurğulanıb ki, belə hərəkətlər bütün dünyadakı 1,3 milyard müsəlmanın, həmçinin Pakistanda yaşayanların hislərinə toxunur. Bundan başqa, belə hərəkətlərə fikirlərin ifadəsi azadlığı hüququna bəraət qazandırmaq mümkün deyil”, – Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Eriksen özü də hadisəni “Twitter”dəki səhifəsində şərh edib.

“Norveç hökuməti Kristiansanda sağ cərəyanın nümayişlərində Quranın yandırılmasını qətiyyətlə pisləyir. Polis təhlükəsizliyə görə nümayişi dayandırıb. Norveçdə hamı heç bir təzyiqsiz söz azadlığına və öz dininə etiqad etmək hüququna malikdir”, – səfir yazıb.

Norveçdə mitinq bu həftə keçirilib. Pakistanın “News International” nəşri bildirib ki, polisin xəbərdarlıqlarına baxmayaraq hərəkatın lideri Lars Torsen Quranı yandırmağa çalışıb. Naməlum kişi Torsena mane olub, bu zaman dava başlayıb və dava iştirakçılarını polis bölməsinə gətiriblər. /Report