XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 17:02

“Britaniya ordusunun şəxsi heyəti azaldılır” –“The Sunday Times” qəzeti

Böyük Britaniya ordusunun şəxsi heyəti əhəmiyyətli dərəcədə azaldıla, iki yeni aviadaşıyıcıdan biri müttəfiq ölkələrə icarəyə verilə bilər.

Böyük Britaniya hərbi rəhbərliyinin bu niyyəti barədə bu gün “The Sunday Times” qəzeti yazıb.

London hərbi xərclərə ümumdaxili məhsulun 2 faizindən az olmayaraq vəsait ayırmağa davam edəcək, ancaq hərbçilərinin sayını 60-65 min nəfərədək azaltmaq niyyətindədir. Qəzet yazır ki, Mühafizəkarlar Partiyasının lideri və Baş Nazir Boris Consonun bu gün axşam saatlarında açıqlayacağı seçki platformasında ordunun əvvəlki səviyyədə saxlanacağı barədə vəd yoxdur.

Qeyd edək ki, 2003-cü ildə Böyük Britaniya ordusunun şəxsi heyəti 102 min nəfər olub, hazırda 73 min nəfərdir. /APA