XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 19:25

İraq Səhiyyə naziri:“Aksiyalarda toqquşmalar zamanı 111 nəfər ölüb”

Oktyabrın əvvəlindən İraq şəhərlərində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 111 nəfər ölüb.

Bunu bu gün İraq Səhiyyə naziri Gəfər Ələvi bildirib.

Səhiyyə naziri ölənlər arasında aksiya iştirakçıları ilə bərabər təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

Qeyd edək ki, bundan əvvəl İraq parlamentinin İnsan hüquqları üzrə komissiyasının yaydığı bəyanatda aksiyaçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 319 nəfərin öldüyü bildirilib.  

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb edirlər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. /APA