XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 09:52

Belçika mediası:"Türkiyənin geri göndərmə qərarı İŞİD-çilərə ümid verib"

Suriyanın şimalındakı Ayn İsa düşərgəsindən 6 uşaqla birlikdə qaçan Belçikalı İŞİD üzvü Tatiana Vielandt və Bouçra Abouallal Türkiyədə saxlanılıblar.

Bildirildiyinə görə, öz ölkələri tərəfindən geri istənilməyən İŞİD üzvləri geri dönmək üçün Türkiyə hakimiyyətinə təslim olmağı üstün tuturlar.

Belçika mediasının məlumatına görə, Suriyanın şimalındakı Ayn İsa düşərgəsində uşaqları ilə birlikdə qalan Tatiana Vielmadt və Bouçra Abouallal Türkiyənin “Barış Pınarı” əməliyyatından sonra qaçmağa nail olublar.

Çərşənbə günü Türkiyə ərazisinə 6 uşaqla birlikdə keçən qadınlar, Belçikaya geri göndərilmə tələbiylə rəsmilərə müraciət ediblər.

İŞİD üzvü olan qadınlar Türkiyə polisi tərəfindən saxlanılıblar.

Antverpen Apelyasiya Məhkəməsi, 26 və 27 yaşlarında olan iki qadının hər birinin terror təşkilatına üzvlüyünə görə 5 il müddətinə azadlıqdan məhrum edildiyini təsdiqləyib.

Belçika Prokurorluğunun Türkiyədən İŞİD üzvü olan qadınların qaytarılmasını istəyəcəyi ifadə edilib.

Belçika rəsmilərinə görə, qadınlar məhkəmədən sonra onlara çatan “məlumat” əsasında Suriyadan qaçıblar.

Təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, İŞİD üzvlərinin Belçikada bir yardım telefon xətti var. Qaçaq İŞİD üzvlərinə maddi yardım göstərmək və Suriyadan çıxmalarına kömək etmək üçün bir təşkilat var.

Səhv etdik, üzr istəyirik

Belçikanın ən böyük terror təşkilatı güman edilən “Sharia4Belgium” üzvü olan və 2013-cü ildə həyat yoldaşları ilə Suriyaya gedən iki qadın, ərləri öldürüldükdən sonra digər İŞİD silahlıları ilə evləniblər.

Mart ayında Flamand Televiziyasına müsahibə verən Bouçra Aboualla bunları söyləyib “Səhv etdik, üzr istəyirik. Bunu düzəltmək istəyirik. Uşaqlarımız üçün təhlükəsiz və məktəbə gedə biləcəkləri bir mühit istəyirik.”

Qadınların yanında olan və dördü Belçikada, ikisi isə Suriyada doğulan uşaqlar üçün DNT testi keçiriləcək. (BBC azeri)