XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2019 - 10:03

Bloomberg prezidentliyə namizədliyini verir

Nyu York şəhərinin keçmiş meri, milyarder Maykl Bloomberg prezidentliyə namizədliyini verib.

O, noyabrın 24-də Demokrat Partiyasından seçki yarışına qoşulub.

“Donald Trampı məğlub etmək və Amerikanı yenidən qurmaqdan ötrü prezidentliyə namizədliyimi verirəm. Daha dörd il Prezident Trampın ehtiyatsız və qeyri-etik hərəkətlərinə dözə bilmərik”, – o, bəyanatında deyib.

77 yaşlı Bloomberg martda demişdi ki, 2020-ci ildə Ağ evdə baş posta namizədliyini verməyəcək.

Onun addımı Demokratların seçki siyahısında öndə gedən namizədlərə gecikmiş də olsa rəqabət təşkil edir. Onların sırasında keçmiş vitse-prezident Co Bayden, İndiana ştatında Saut- Bend şəhərinin meri Pete Butticiç, tanınmış liberal senatorlar Elizabet Uorren və Bern Sanders də var.

Bloomberg Uol Stritə qarşı çıxan Uorren və onun super zənginlərdən vergi tutaraq ümumi səhiyyə və pulsuz kollec təhsili proqramlarını maliyyələşdirmək planını tənqid edir. (azadliq.org)