XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 12:48

“Proporsional seçki sisteminə keçid mövzusu bağlanıb” –Kaxa Kaladze

“2020-ci ilə qədər Gürcüstanda demokratik prinsiplərə cavab verən qarışıq seçki sistemi saxlanılacaq və bu mövzu artıq bağlanıb”.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib. Onun sözlərinə görə, 2020-ci ildə proporsional seçki sisteminə keçilməsi “Gürcü Arzusu” partiyasının təşəbbüsü olub və komanda rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, kifayət qədər dəstək toplamaq mümkün olmayıb.

“Parlament çoxluğunun fikirlərini nəzərə alaraq, hər hansı yeni konstitusiya dəyişiklikləri üçün 113 deputatın səsinin səfərbər edilməsi üçün heç bir resurs yoxdur. Buna görə də mövzu artıq bağlanıb. 2020-ci ilə qədər demokratik prinsiplərə tam uyğun olan qarışıq seçki sistemi qurulacaq. Buna görə də siyasi spektr bütün səylərini seçkilərə hazırlaşmağa və seçkilərin yüksək demokratik standartlara uyğun keçirilməsinə sərf etməlidir”, – deyə K. Kaladza bildirib.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentinin proporsional seçki  sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməməsi müxalifətin kütləvi etiraz aksiyalarına başlamasına səbəb olub. Müvəqqəti hökümətin qurulması, proporsional qaydada parlament seçkilərinin keçirilməsi və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsi tələbləri ilə parlament binası qarşısında keçirilən mitinqlərin bu gün axşam bərpa ediləcəyi bildirilib. (apa)