XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 21:43

Trampın adamları “Naftoqaz” rəhbərini ələ almaq istəyib –Sensasiyalı iddia

Ukraynanın “Naftoqaz” şirkətinin icraçı direktoru Andrey Favorov Federal Nyu York Prokurorluğuna məlumat verib ki, ABŞ prezidentinin şəxsi vəkili Rudolf Culiani ilə əlaqəli biznesmenlər Lev Parnas və İqor Fruman müəssisənin baş direktorunu əvəzləmək və milli neft şirkətini ələ keçirmək məqsədilə onu planlarına cəlb etməyə çalışıblar. 

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Favorov bu həftə Culiani və onun biznes tərəfdaşları Parnas ilə Frumanın fəaliyyətinin araşdırılması çərçivəsində könüllü şəkildə federal prokurorluqla görüşüb. Ötən ay prokurorluq hər iki şəxsi həbs edib. Onlar respublikaçı namizədləri dəstəkləyən siyasi fonda ianələr haqqında ABŞ Federal Seçki Komissiyasına təqdim etdikləri məlumatları saxtalaşdırmaqda ittiham edilirlər. Favorov prokurorluqla görüşündən sonra verdiyi ilk müsahibələrin birində bildirib ki, Fruman və Parnas “Naftoqaz” şirkətinin direktoru Andrey Kobolevi tutduğu vəzifədən uzaqlaşdırmaq məqsədilə onun yardımından yararlanmağa çalışıblar. “Dərhal təklifi rədd etdim. Bu, mənim ilk təcrübəm olub: siyasətçi olmayan iki biznesmen ABŞ-ın xarici siyasətinin bir hissəsi olan məsələni mənimlə müzakirə edib”, – deyə şirkətin icraçı direktoru “CNN” telekanalına müsahibəsində bildirib.

Favorovun sözlərinə görə, Parnas və Furman martda Hyustonda keçirilən enerji konfrasının kuluarlarında ona “siyasi əlaqələr”ə dair eyham vurublar, həmçinin “Ukrayna siyasətini Amerika prezidentinin yüksək vəzifəli administrasiya nümayəndələri ilə müzakirə etmək imkanlarının olduğunu” qeyd ediblər. Favorov “The Wall Street Journal”-a açıqlamasında dəqiqləşdirib ki, amerikalı sahibkarlarla arasında baş tutan söhbət barədə dərhal rəhbəri Kobolevə məlumat verib. Mart görüşündə respublikaçıların çevrəsində nüfuzlu amerikalı biznesmen III Harri Sarcent də iştirak edib. Favorov onunla təbii qaz bazarları haqqında söhbət etdiyini deyib, lakin Sarcent Parnas və Frumanla Yovanoviç məsələsi və “Naftoqaz” rəhbərliyinin müzakirəsində iştirak etməyib.

Biznesmenin mətbuat katibi nəşrə bildirib ki, Sarcent “Naftoqaz” şirkətinin direktorlar şurasının rəhbərliyi və ya üzvlərinin, habelə ABŞ səfirinin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı müzakirələrdə iştirak etməyib. Ötən ay Trampın impiçment proseduru çərçivəsində verilən ifadələrə əsasən, Culiani ilə əlaqəli şəxslər cari ilin əvvəlində “Naftoqaz”-ın direktorlar şurasının işini pozmağa çalışıblar. Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı, prezident Trampın müşaviri Fiona Hill bəyan edib ki, may ayında “Naftoqaz”-ın direktorlar şurasının üzvü ilə görüşüb, sonuncu “şirkətin vəzifəli şəxslərinə böyük təzyiq göstərildiyini” deyib. Frumanın vəkili şərh verməkdən imtina edib. Parnasın maraqlarını müdafiə edən Ed Makmahon isə Favorovla bağlı epizodun “tamamilə yalan” olduğunu deyib. Culianinin vəkili Robert Kostello Favorovun təsvir etdiyi hadisələri şərh edə bilməyəcəyini söyləyib.

Oktyabrda “Associated Press” “CERA Week” enerji konfransında Favorovun Parnas və Frumanla görüşdüyü barədə məlumat verib. Agentliyin məlumatına əsasən, amerikalı biznesmenlər “Naftoqaz” şirkətinin baş direktorunu əvəzləmək istiqamətində səy göstəriblər. Bildirilib ki, şirkətin başında “dost komanda”nın yaradılması planında ABŞ-ın energetika naziri Rik Perri də iştirak edib.

(xpressa.net)