Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.
Aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar. Aksiya iştirakçılarının bir qismi gecəni parlament qarşısında keçirəcək. Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Onun sözlərinə görə, Gürcü Arzusu Partiyası insanları aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.
Polis qanunverici orqanın bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasınıbloklayacağı gözlənilir. (Report)