XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 00:16

Culian Assanjın təcili tibbi xidmətə ehtiyacı var –Həkimlər

60-dan çox həkim Britaniya hakimiyyətinə WikiLeaks saytının təsisçisi Culian Assanjın təcili olaraq universitet xəstəxanasında tibbi müalicəyə ehtiyacı olduğunu iddia edən yazılı müraciət ünvanlayıb.

Bazar ertəsi günü yayımlanan bir məktubda həkimlər Assanjın psixoloji problemlərdən, depressiya, diş problemləri və ciddi çiyin xəstəliyindən əziyyət çəkdiyini bildirb.

Asanj ekstradisiya olunması üçün fevral ayında keçiriləcək məkəmə iclası səbəbi ilə London kənarında yerləşən Belmarsh həbsxanasında saxlanılır. O, ABŞ tərəfindən WikiLeaks işinə aid casusluq ittihamı ilə axtarışdadır.

Avstraliyalı doktor Lissa Conson Assanjın məhkəmə iddiası ilə üzləşmək üçün ”tibbi cəhətdən uyğun olub-olmadığını” müəyyən etmək üçün müstəqil bir tibbi müayinənin lazım olduğunu bildirib.

Məktubu WikiLeaks saytı yayıb. (amerikaninsesi.org)