XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 11:11

Demokratlar Konqresə Trampın impiçmenti üzrə məruzəni göndərəcəklər- Açıqlama

Birləşmiş Ştatlar Konqresində ABŞ lideri Donald Trampın impiçmenti çərçivəsində araşdırma aparan demokratlar tezliklə müvafiq məruzəni Hüquq komitəsinə göndərməyi planlaşdırırlar.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Adam Şiff bildirib ki, prezident Donald Trampın impiçmenti çərçivəsində araşdırma aparan komitələr tezliklə məruzəni Hüquq komitəsinə göndərəcəklər.

Qeyd edilir ki, demokrat Şiff Konqresdəki həmkarlarına məktub yazaraq, bu məsələnin millətin təhlükəsizliyi və seçkilərin dürüstlüyünün müdafiəsi baxımından əlavə “vaxt gözləmədiyi”ni bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.