Yunanıstan Parlamentində konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
APA “milliyet”ə istinadən xəbər verir ki, qanun layihəsi 5 gün davam edən müzakirələrdən sonra təsdiqlənib.
Müzakirələr zamanı hökumət və müxalifətin parlamentdəki təmsilçiləri konstitusiyanın 9 maddəsində dəyişiklik etmək barədə razılığa gəliblər.
Lakin müxalifət partiyaları tərəfindən təklif olunan bəzi dəyişikliklər rədd edilib.