XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 15:19

17 min erməni Rusiya vətəndaşlığı alıb –9 ay ərzində

Ermənistanın 17 min vətəndaşı bu ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşlığı alıb.

“İzvestiya”ya xəbər verir ki, məlumatı Rusiya Statistika Komitəsi və Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında 285 min nəfərə Rusiya pasportu verilib. Bu, 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 48 faiz çoxdur.

Rusiya vətəndaşlığı verilənlər arasında Ukrayna vətəndaşları 146 min pasportla liderlik edir. Qazaxıstanın 35 min, Tacikistanın 30 min, Özbəkistanın 14 min, Moldovanın isə 11,5 min vətəndaşına Rusiya pasportu verilib/Report.