XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2019 - 11:20

İstanbulda su qıtlığı yarana bilər- Şəhəri suyla təmin edən anbarlar qurumaq təhlükəsi ilə üzləşib

Türkiyənin İstanbul şəhərini su ilə təmin edən su anbarlarının qurumaq təhlükəsi var. Hazırda şəhəri su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 36.15 faiz təşkil edir.

Azərtac xəbər verir ki, bu, son on il ərzində baş vermiş ikinci belə hadisədir.

Buna səbəb olaraq 2019-cu ilin payız fəslində Türkiyə ərazisində hava temperaturunun normadan yüksək olması və yağışların yağmaması göstərilir.

Bu sahə üzrə son on ilin göstəricilərinə baxdıqda, 2016-cı ilin eyni dövründə İstanbulun su anbarlarında doluluq 34.30 faiz təşkil edib.