Bir ayadək çəkən yubanmadan sonra – noyabrın 27-də 751 yerlik Avropa Parlamenti icraedici Avropa Komissiyasının tərkibini seçəcək.
Komissiyanın yeni rəhbəri Almaniyadan mühafizəkar Ursula von der Leyendir.
Onun həmişəkindən daha çox qadının yer aldığı komandasını təsdiqləməyə deputatların sadə səs çoxluğu kifayət edəcək. AB-nin 27 üzvlük komissiyası beş illiyə seçilir.
Komissiyanın yeni prezidenti noyabrın 1-də and içməliydi, ancaq üç namizədlə bağlı fikir ayrılığı bunun ertələnməsinə səbəb oldu.
AB-nin hər bir üzvü komissiyada bir komissarla təmsil olunur.
Britaniya təmsilçi verməkdən imtina edib, çünki birlikdən çıxmağı planlaşdırır.
Komissiyanın tərkibi təsdiqlənərsə, 61 yaşlı Von der Leyen dekabrın 1-dən fəaliyyətə başlayacaq. Onun qarşısında iqlim dəyişikliyi, iqtisadi islahat, enerji kimi problemlər dayanır. (azadliq.org)