XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 15:02

Gürcüstan Rusiya ilə uçuşları bərpa etməyə hazırdır- Açıqlama

Gürcüstan Rusiya ilə uçuşları bərpa etməyə hazırdır və bu istiqamətdə texniki problemlər yoxdur.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya ilə əlaqələrin tənzimlənməsi üzrə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Yalnız onu deyə bilərəm ki, uçuşların dayandırılması ilə bağlı qərarı Rusiya tərəfi birtərəfli qaydada qəbul edib. Onların belə bir istəyi varsa, bu qadağanı onlar özləri aradan qaldıra bilərlər. Texniki baxımdan Gürcüstan tərəfindən uçuşların bərpası ilə bağlı heç bir problem yoxdur. Ümumiyyətlə, uçuşlara qoyulan qadağanın qaldırılmasını alqışlayırıq “, – deyə Abaşidze qeyd edib.

Qeyd edək ki, bu gün Zurab Abaşidze Praqada Rusiyanın Federasiya Şurasının üzvü Qriqori Karasin ilə görüşəcək.

Xatırladaq ki, bir neçə gün öncə “İzvestiya” qəzeti Rusiya hökumətindəki mənbəyə istinadən, Rusiya ilə Gürcüstan arasındakı hava əlaqələrinin 2020-ci ilin ilk yarısında bərpa ediləcəyi ilə bağlı məlumat yaymışdı.