XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2016 - 11:28

Rusiya İraqa 20-dən artıq “Pantsir-S1” zenit-raket kompleksi verdi – [color=red] “İnterfaks”dan iddia

Rusiya iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində İraqa “Pantsir-S1” zenit-raket kompleksləri göndərib.

Bu barədə İnterfaks İnformasiya agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.

“Bağdad 20-dən artıq “Pantsir-S1” zenit-raket kompleksi ilə təmin edilib”, – mənbə bildirib.

Qeyd edək ki, rəsmi olmayan məlumata görə, 2012-ci ildə Rusiya ilə İraq arasında dəyəri 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə çərçivəsində Rusiya Bağdadı 30 ədəd Mi-28 hərbi vertolyotu, o cümlədən 24 “Pantsir-S1” kompleksləri ilə təmin edib.

Axar.az