XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2019 - 19:31

Putinə yaxın oliqarx Deripaskanın Kipr pasportu ləğv edilib

Kipr Kremllə sıx bağları olan rusiyalı maqnat, 51 yaşlı Oleq Deripaskanın vətəndaşlığını ləğv edib.

Yerli “Politis” qəzeti noyabrın 27-də yazıb ki, iki başqa Rusiya vətəndaşı da Kipr pasportlarından məhrum edilib.

Noyabrın əvvəllərində Kipr hökuməti bildirmişdi ki, ölkənin “vətəndaşlıq üçün investisya” qanunundakı boşluqların hesabına Kipr vətəndaşlığlı almış daha 26 nəfərin vətəndaşlığının ləğv edilməsi prosesinə başlayıb.

O vaxt Reuters agentliyi Kiprin hökumət mənbələrinə istinadən yazırdı ki, sözü gedən 26 nəfərdən üçü Rusiya vətəndaşıdır.

Bu xəbəri hələlik nə Deripaska, nə də Kipr hökuməti rəsmən təsdiqləməyiblər.

Kremlin sözçüsü Dmitri Peskov noyavrın 27-də Moskvada jurnalistlərə deyib ki, Kipr hakimiyyət orqanlarının Deripaskanı vətəndaşlıqdan məhrum etmək qərarının Kremlə “heç bir dəxli” yoxdur:

“Bu, Kiprin daxili məsələsdir. Bu, Kipr və Deripaskaya aid bir məsələdir”.

Deripaska və ona aid olan üç şirkət ABŞ-ın sanksiya siyahısına salınıb. Bu şirkətlər Rusiyanın Rusal alüminium zavodu, onun daxil olduğu En+ şirkəti və EuroSibEnergo enerji firmasıdır.

ABŞ Xəzinədarlığı iddia edir ki, Deripaska və başqa Rusiya oliqarxları prezident Putinə yaxınlıqlarına görə mənfəətlərnir və Moskvanın dünya boyunca “ziyanlı fəaliyyətində” iştirak edirlər.

Rusal şirkətinin nəhəngliyi ona qarşı sanksiyaların dünya metal bazarını təsirləndirməsinə səbəb olmuşdu.

Buna görə də daha sonralar ABŞ administrasiyası Rusalın üzərindəki sanksiyaların dondurlmasına şərt olaraq Deripaskaya bu firmadakı nəzarət paketindən imtina etməyi təklif etmişdi.

Deripaska bu şərti qəbul etmişdi.

O Kipr vətəndaşlığını 2017-ci ildə almışdı. (azadliq.org)