XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 20:45

Avropa Şurasına sədrlik Gürcüstana keçib –Nazirə simvolik açar təqdim olunub

Gürcüstan Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan sədrliyi Fransadan təhvil alıb.

Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.

Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.