XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 15:05

Münhen Təhlükəsizlik [color=red]konfransı başlayıb

munxen konf.jpg

Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Apa.az-ın xəbərinə görə, qaçqın böhranı və terrorizmlə mübarizə builki konfransın əsas mövzuları olacaq.

Konfransın açılışında çıxış edən sədr Volfqanq İşinger müasir münaqişələrin dövlət sərhədlərini aşdığını qeyd edib:

“Nümunə olaraq, Suriyadakı müharibəni götürək. O, regional müharibə olmaqdan çıxıb. Məhz Suriya müharibəsi II Dünya müharibəsindən indiyədək olan ən böyük qaçqın böhranına səbəb olub”.

V.İşingerin sözlərinə görə, qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan milliyyətçilik meylləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir.