XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 19:05

Qriqori Karasin:“Gürcüstan və Rusiya arasında aviauçuşlar yeni ilə qədər bərpa olunmayacaq”

“Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların yeni ilə qədər bərpa olunması gözlənilmir”.

Bu barədə rusiyalı diplomat Qriqori Karasin “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uçuşların bərpası ilə bağlı məsələ nəzərdən keçirilib: “Gürcüstanda baş verən hadisələrin inkişafını, Tbilisi küçələrində baş verənləri və Gürcüstan ictimaiyyətindəki əhval-ruhiyyəni izləyəcəyik”.

Qeyd edək ki, bu gün Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Q.Karasin arasında Praqada növbəti görüş keçirilib/Report.