XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 19:14

Türkiyədə son 3 ildə 4 min hakim və prokuror mühakimə olunub- "FETÖ işi" üzrə+Açıqlama

Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhddən bugünədək dörd min hakim və prokuror FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək mühakimə olunub.

Bu barədə Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit İstanbulun Okan Universitetində keçirilən konfransda çıxışı zamanı bildirib.

Qeyd edilib ki, 2016-cı il iyulun 20-də Türkiyədə regional ədliyyə məhkəmələri fəaliyyətə keçdikdə burada 12 min hakim və prokuror işə başlayıb. Bugünədək onlardan 4 mini FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək hakim qarşısına çıxarılıb ki, onların da əksəriyyəti həbs edilib.

Sədr hazırda Türkiyədə 21 min hakim və prokurorun olduğunu, onlardan 14 mininin 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhddən sonra işə götürüldüyünü bildirib(azərtac).