XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 19:26

İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək –Açıqlama

İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri dekabr ayında İranın cənub sularında – Hind okeanının şimalında birgə təlimlər keçirəcək.

“Mehr” xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiralı Hüseyn Xanzadi bildirib.

“Gələn ay keçiriləcəyi ehtimal edilən müştərək hərbi oyunlar bu üç ölkənin münasibətlərində paylaşılan və paylaşılmayan (paylaşılmayan deyəndə başqalarının milli maraqlarına hörmət etdiyimizi nəzərdə tuturam) maraqların müəyyən strateji nöqtəyə çatdığı barədə dünyaya müəyyən ismarıc veriləcək. Bu hərbi oyunlarla dənizdə təhlükəsizliyin hər növünün bütün aidiyyəti ölkələrin maraqlarını nəzərə almasının vacibliyi barədə dünyaya ismarıc göndərmək hədəflənir. Biz yalnız hansısa bir ölkənin xeyrinə müəyyən vaxt işə salınan, başqalarının təhlükəsizliyinə əhəmiyyət verməyən təhlükəsizlik anlayışlarını qəbul etmirik. Dünya ticarəti üçün platform kimi istifadə olunan dənizlər müəyyən güclərin xüsusi olaraq xeyrinə xidmət edə bilməz. Hər hansı ölkə üçün güc vasitələrinə əl atmaq və beynəlxalq sularda başqa ölkənin neftinin nəqlinə əngəl törətmək üçün sanksiya taktikasından yararlanmaq artıq məqbul sayıla bilməz. Ortaq maraqları olan ölkələr müştərək təhlükəsizliklərini məqbul səviyyədə təmin etmək üçün başqaları ilə hərbi əməkdaşlıq yolunu seçmək ehtiyacı hiss edirlər”, – Hüseyn Xanzadi deyib/Report.