XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 19:45

ABŞ səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırıldı- Bu səbəbdən

Prezident Donald Trampın Senatın Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı qəbul etdiyi aktı təsdiq etməsi ilə əlaqədar ABŞ-ın Pekindəki səfiri Teri Branstad Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərtac Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir müavini Le Yüçen ABŞ səfirinə Prezident Donald Trampın qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı”nı imzalaması ilə əlaqədar ölkəsinin sərt etirazını bildirib.

Qeyd edək ki, noyabrın 27-də Prezident Donald Tramp Çinin etirazlarına və xəbərdarlıqlarına baxmayaraq, aktı imzalayıb və sənəd qanun kimi qüvvəyə minib. Çin tərəfi xüsusi bəyanat yayaraq, bunu Çinin daxili işlərinə müdaxilə, beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulması və kobud hegemonluq hərəkəti kimi qiymətləndirib.

Çin tərəfi xarici ölkələrin, o cümlədən ABŞ-ın Honkonq məsələsinə müdaxilə cəhdlərini dəfələrlə pisləyib. Rəsmi Pekin dəfələrlə açıqlama verərək, bu cür addımların Çinin daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı, Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsinə xidmət etdiyini bildirib.