XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 21:03

Yaponiya Təhlükəsizlik Şurasını topladı- Rəsmi Tokiodan Şimali Koreyaya etiraz

Noyabrın 28-də növbəti raket sınaqlarını keçirən Şimali Koreyaya etirazını bildirən Yaponiya təhlükəsizlik şurasının yığıncağını keçirib.

Bu barədə Yaponiyanın Baş Naziri təhlükəsizlik şurasının iclasından sonra jurnalistlərə açıqlamasını bildirib.

Baş Nazir deyib: “Bu, beynəlxalq ictimaiyyətə qarşı ciddi təhdiddir. Bir qədər əvvəl biz təhlükəsizlik şurasının toplantısını keçirdik. Əvvəllər olduğu kimi, bu dəfə də biz ABŞ və Cənubi Koreya ilə, həmçinin beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcəyik və yapon xalqının təhlükəsizliyinin təmin edilməsi üçün bütün gücümüzü sərf edəcəyik”.

Xatırladaq ki, həmin gün səhər Şimal Koreyanın ballistik raket olduğu güman edilən iki obyekti sınaqdan keçirməsi ilə bağlı məlumatlar yayılıb. Həmin raketlərin Yaponiyaya məxsus iqtisadi zonadan kənarda Yapon dənizinə düşdüyü bildirilir.

Kyodo agentliyinin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla yaydığı məlumata görə, Şimali Koreyanın raket sınaqları ilə bağlı Yaponiya bu ölkəyə etirazını bildirib.

Etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə qarşı tərəfə çatdırılıb.