XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 22:49

Gürcüstan prezidentinin Ukraynaya səfəri təxirə salınıb –Rəsmi Kiyevin xahişi ilə

Gürcüstan prezidenti Salome Zurabişvilinin cari ilin noyabrında Ukraynaya səfəri qarşı tərəfin xahişi ilə əlaqədar 2020-ci ilə təxirə salınıb.

Bu barədə Gürcüstan prezidenti administrasiyasının bəyanatında deyilir.

“Cari ilin noyabrında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, ancaq Ukraynada inkişaf edən proseslərə görə, Ukrayna tərəfinin xahişi ilə səfər 2020-ci ilə təxirə salınıb”, – bəyanatda deyilir.

Administrasiyada həmçinin bildirilib ki, daha əvvəl Gürcüstan mətbuatında Ukrayna prezidenti Vladimir Zelenskinin bu ölkəyə səfəri barədə yayılan xəbərlər həqiqətə uyğun deyil/Report